Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:22

Erdogan İrana rəsmi səfərə gedib


Türkiyə prezidenti Erdogan
Türkiyə prezidenti Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdogan İrana rəsmi səfərə gedib.

Səfər Səudiyyə Ərəbistanının Yəməndə şiə qurupu olan Huthi üsyançılarına qarşı apardığı hərbi kampaniyaya görə, münasibətlərin gərildiyi bir vaxta düşür.

Erdogan bu yaxınlarda Səudiyyə Ərəbistanının rəhblərlik etdiyi bu əməliyyatları açıq şəkildə dəstəkləyib və Tehranı regionda qeyri-sabitlik yaratmağa cəhddə pisləyib.

İran isə Huthi üsyançılarına yardım göstərmədiyini təkid edir.

Qeyd edək ki, hazırda Yəmənin paytaxtı Sanaa və ölkənin bir sıra əyalətləri üsyançıların əlindədir.

Ölkə prezidenti Mansour Hadi bu yaxınlarda Səudiyyə Ərəbistanına qaçmalı olub.

Həmçinin Suriya müharibəsindəki fikir ayrılığına görə,son illər İranla Türkiyə arasındakı diplomatik münasibətlərdə soyuqluq müşahidə olunur.

Amma iki ölkə arasında yaxın iqtisadi əlaqələr var və İran Türkiyəni qazla təmin edən ikinci ölkədir.

XS
SM
MD
LG