Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:28

James Warlick: “Azərbaycan və Ermənistan prezidentləri bizi əmin ediblər”


James Warlick
James Warlick

-

ATƏT-in amerikalı həmsədri James Warlick Azərbaycan və Ermənistanı qarşıdakı günlərdə atəşkəsi pozmamağa çağırıb:

“Biz ümid edirik ki, tərəflər qarşıdan gələn bayramlar, anma mərasimləri və regionda beynəlxalq tədbirlər zamanı atəşkəs rejiminə hörmətlə yanaşacaqlar”.

Həmsədr APA-ya açıqlamasında deyib ki, hər iki ölkə prezidenti təmas xəttində və ya Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlara başlamayacaqları ilə bağlı onları əmin edib:

“Hələ ki, bizim bu öhdəliyi yoxlamaq və ya nəzarət etmək üçün vasitələrimiz yoxdur, lakin stabillik danışıqlar üçün daha müsbət dinamika yarada bilər. Biz prezidentlərin növbəti görüşünün bu ilin sonuna kimi keçirilməsini gözləyirik. Prezidentlərin müzakirə çərçivəsini müəyyənləşdirmək və regiona növbəti səfərimizin tarixini təyin etmək üçün hər iki xarici işlər naziri ilə görüş imkanlarını araşdırırıq”.

XS
SM
MD
LG