-
Naməlim bir qrup Nyu York şəhərində bir parkda ABŞ kəşfiyyatının keçmiş üzvü Edward Snowden-in büstünü qoyub. Qanunsuz qoyulmuş heykəl parkda bir neçə saat qalıb.
Snowden-in 1.2 metrlik heykəli aprelin 6-da Bruklində Fort Greene parkında ABŞ müharibə qəhrəmanları memorialının üstünə yerləşdirilib.
Park işçiləri heykəli bir neçə saatdan sonra yığışdırıb.
Nyu York şəhərinin veb saytı yazıb ki, büst Snowden-in heyranı olan bir qrup incəsənət xadimi tərəfindən qoyulub.
Snowden hazırda Rusiyada yaşayır. O, ABŞ-da Kəşfiyyat Aktını pozduğuna görə axtarılır. Vaxtilə işlədiyi Milli Təhlükəsizlik Agentliyindən minlərlə məxfi sənədi oğurlamaqda və mediaya ötürməkdə ittiham olunur.