Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:31

Keniya da cihadçıları bombalamağa başladı


Keniyanın qırıcı təyyarələri Somali ilə həmsərhəd bölgədə ekstremist islamçı Əş-Şəbab qruplaşmasının mövqelərinə raket zərbələri endirib.

Hərbi təyyarələr Gedo rayonunda qruplaşmaya məxsus iki düşərgəni hədəfləyib.

Keniyanın ilk dəfə olaraq hava zərbələrinə əl atmasına səbəb bu qruplaşma tərəfindən ötən həftə Qarissa Universitetinə basqın edərək 148 nəfəri qətlə yetirməsi olub.

Prezident Uhuru Kenyatta bu basqından sonra cihadçılara “ən sərt şəkildə cavab veriləcəyini” vəd etmişdi.

Hərbiyyə sözü gedən iki düşərgənin tamamilə dağıdıldığını bildirib.

Şahidlər isə deyirlər ki, bombardman rayonunda üç mülki şəxs də həlak olub.

Bir çox ailələr hələ də universitet qətliamında öldürülmüş yaxınlarının cəsədlərinin tanınmasını gözləyirlər.

Əl-Qaedaya bağlı əş-Şəbab təşkilatı bildirib ki, Keniya ilə müharibə vəziyyətindədir və bu ölkəyə aid qoşunların Somalidən çıxarılmasını tələb edir.

Keniya qoşunlarını 2011-ci ildə Somali hökumətini dəstəkləmək üçün göndərib.

XS
SM
MD
LG