Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:48

2011-ci ildən Malidə girovluqda olan Hollandiya vətəndaşı azad ediblib


Foto arxiv
Foto arxiv

Fransanın xüsusi xidməti 2011-ci ildən Malidə girovluqda olan hollandiyalı Sjaak Rijkeni azad ediblər.

Fransa hərbçiləri onun aprelin 6-sı səhər sdaatlarında Malinin şimalındakı ucqar rayonda azad edildiyini deyirlər.

Prezident Francois Hollandeəməliyyat zamanı bir neçə yaraqlının öldürüldüyünü, digərlərinin isə əsir götürüldüyünü deyir.

Rijken 2011-ci ilin noyabrında Timbuktudakı yataqxanada İsveç vətəndaşı Johan Gustafsson və Cənubi Afrika vətəndaşı Stephen Malcolmla birlikdə oğurlanmışdı.

Amma onların taleyi barədə məlumat verilmir.

Rijkenin videosunu sonuncu dəfə Əl Qaidə 2014-cü ilin noyabrında yaymışdı.

Onun səhhətinin normal olduğu bildirilir.

Fransa ordusu 2013-cü ilin yanvarında Əl Qaidə ilə əlbir olan birləşmələri Malidən çıxarıb.

Hazırda bu ölkədə 3 minədək Fransa əsgəri var.

XS
SM
MD
LG