Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 20:47

Hutilər Ədəndə irəliləyir


Yəmənə zərbələrdə iştitak edən Səudiyyə təyyarəsi yoxlanır
Yəmənə zərbələrdə iştitak edən Səudiyyə təyyarəsi yoxlanır

-

Yəməndə şiə huti qiyamçılarının ölkənin ikinci paytaxtı sayılan Ədəndə irəliləməsi barədə məlumatlar gəlir. 11 gündür Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənə zərbələr endirir. Ancaq qiyamçıların aprelin 5-də ağır döyüşlərə baxmayaraq, şəhərin mərkəzinə doğru irəlilədiyi bildirilir.

Koalisiya isə paytaxt Sanaada və şimalda Saada ərazisinə zərbələri endirməkdədir.

BMT-nin məlumatına görə, son 2 həftədə prezident Abd-Rabbu Mansur Hadi-yə sadiq qüvvələr ilə qiyamçılar arasında Ədəndə gedən döyüşlərdə 500-dən çox ölən olub.

Rusiya aprelin 4-də BMT-nin Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edərək Səudiyyəni hava kampaniyasında humanitar fasilə verməyə çağırıb.

Qırmızı Xaç təşkilatı da ailələrə yardım çatdırılması üçün 24 saatlıq atəşkəsə çağırıb.

XS
SM
MD
LG