Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:07

Netanyahu İran sazişini pisləyir


Barack Obama (sağda) və Benjamin Netanyahu
Barack Obama (sağda) və Benjamin Netanyahu

-

İsrailin baş naziri Benjamin Netanyahu İranla altı fövqəldövlət arasında çərçivə nüvə sazişini pisləyib, bunu “pis saziş” adlandırıb.

Netanyahu aprelin 5-də CNN televiziyasına deyib ki, saziş “İranın nüvə proqramını məhdudlaşdırmır” və “geniş nüvə infrastrukturunu saxlayır”.

Baş nazirin sözlərinə görə, sənəd bircə dənə də “sentrifuqanın məhvini” və heç bir nüvə obyektinin bağlanmasını nəzərdə tutmur.

İranla altı fövqəldövlət aprelin 2-də İsveçrənin Lozanna şəhərində çərçivə saziş əldə ediblər.

Netanyahu ilə eyni gündə ABŞ prezidenti Barack Obama həmin sazişi “həyatda bir dəfə ələ düşən imkan” adlandırıb.

İranın ordu rəhbəri isə nüvə sazişini alqışlayıb. General Hassan Firuzabadi İranın Ali Dini Lideri Ayatollah Ali Khamenei-nin dostudur. Aprelin 5-də İran İnqilab Qvardiyasının veb saytında Firuzabadi Khamenei-ni təbrik edib.

Khamenei çərçivə sazişinə hələlik münasibət bildirməyib.

XS
SM
MD
LG