Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 03:33

Yəmənə hava zərbələri davam edir


Aprelin 5-də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin paytaxtı Sananın bombalanmasının davam etdirib.

Yerli sakinlərin Reuters-ə verdiyi məlumata görə, hava zərbələrinin hədəfi husilərə loyallıq göstərən hərbi birləşmələrin bazaları olub.

Bundan bir gün öncə Rusiya BMT-nin Təhlükəsizlik Şurasına müraciət edərək, humanitar yardım çatdırılması və mülki şəxslərin döyüş bölgəsindən çıxarılması məqsədilə hava hücumlarına fasilə verməyi xahiş etmişdi.

Yəmənlə həmsərhəd olan Səudiyyə Ərəbistanı sunni prezident Mansur Hadinin Yəməndə hakimiyyəti tam bərpa olunanadək bombardmanı davam etdirəcəyini bildirir.

XS
SM
MD
LG