Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:42

Dubay əmiri Londonun mərkəzində avtodayanacaq tikdirir


Arxiv foto
Arxiv foto

-

Dubay əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum 114 lüks maşınını saxlamaq üçün Londonun mərkəzində 6 mərtəbəli avtomobil dayanacağı tikdirir.

“Daily Mail” qəzeti yazır ki, özəl avtodayanacaqda əmirin sürücülərinin qalması üçün binalar da salınacaq.

Maşınları əmirin 23 uşağı və yaxınları istifadə edə biləcək.

Avtodayanacağın tikiləcəyi ərazinin sakinləri əlavə tıxac yaranmasından narahatdırlar.

BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum ötən həftə Azərbaycanda səfərdə olub.

XS
SM
MD
LG