Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyul, Cümə, Bakı vaxtı 21:06

2015-ci ilin ilk Ay tutulması başlayıb


Ay tutulması

-

Aprelin 4-də 2015-ci ilin ilk Ay tutulması başlayır.

apa bildirir ki, ilk Ay tutulması zamanı Ay Yerin kölgəsinə şimal hissədən girəcək.

Saat 15:17-də başlayan tutulma 17:02-də maksimum olacaq, 18:45-də isə başa çatacaq. 3 saat 28 dəqiqə ərzində davam edəcək bu təbiət hadisəsini Asiya, Avstraliya, Sakit okean və Amerikadan müşahidə etmək mümkün olacaq. Ay tutulması hadisəsi Azərbaycandan müşahidə edilməyəcək.

Bu il iki dəfə Günəş, iki dəfə Ay tutulması baş verəcək.

İlk Günəş tutulması martın 20-də qeydə alınıb. Növbəti Günəş tutulması sentyabrın 13-də, Ay tutulması isə sentyabrın 28-də gözlənir.

XS
SM
MD
LG