Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:13

İran TANAP-a qoşula bilər


Foto illüstrasiya
Foto illüstrasiya

-

İran üzərindən sanksiyalar götürüldükdən sonra qonşu ölkənin Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsində (TANAP) iştirakı aktuallaşır.

apa-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

«TANAP hal-hazırda o qədər gəlirli layihədir ki, artıq buradan pay vermək lazım deyil. Bundan sonra yalnız sata bilərik. Yaxşı qiymətlər təklif olunsa, satmaq olar. Hal-hazırda təkliflər var. Bilirsiniz ki, İranın üzərindən sanksiyalar götürüldükdən sonra TANAP-ın gündəliyi çox yüksəlir. Bilirsiniz ki, İranın da gələcəkdə qazı olacaq və bu qazı bazarlara çıxarmaq üçün TANAP-dan başqa bir alternativ yoxdur», - R.Abdullayev bildirib.

TANAP Azərbaycan qazının Gürcüstan, Türkiyə, oradan isə Avropaya çıxarılması nəzərdə tutulub.

Kəmərlə ilkin olaraq illik 16 milyard kubmetr qaz nəqli nəzərdə tutulur.

Bunun 10 milyardı Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə veriləcək.

Kəmər 2018-ci ildə istismara verilməlidir.

TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.

Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: «Cənub Qaz Dəhlizi» şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

XS
SM
MD
LG