Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:14

Ukraynalı pilot ikinci dəfə aclığı dayandırıb


Ukraynalı pilot Nadia Savchenko
Ukraynalı pilot Nadia Savchenko

-

Rusiyada həbsdə aclıq edən Ukraynalı pilot Nadia Savchenko az-az yeməyə başlayıb.


Rusiyanın insan haqları şurasının üzvləri Mikhail Fedotov and Yelizaveta Glinka belə deyib. Onlar bildiriblər ki, Savchenko məhkəməyə qədər sağ qalmaq məqsədi ilə süd məhsulları yeməyə başlayıb.


İnsan haqları şurasının üzvləri aprelin 3-də Matrosskaya Tishinka həbsxanasında Savchenkoya baş çəkib. Savchenko ikinci dəfədir ki, həbsxanada aclığı dayandırır. Onun 33 yaşı var.


Savchenko ötən ildən Rusiyada həbsdədir.
O Lugansk ətrafında 2 Rusiya jurnalistinin ölümündə əli olmaqda ittiham olunur.
O ittihamı rədd edir və rusiyapərəst separatçılar tərəfindən oğurlanaraq Rusiya tərəfinə verildiyini deyir. Ötən ilin dekabrından təcridxanada aclıq aksiyası keçirən Savchenko martın 6-da aksiyanı dayandırmışdı.


Savchenko Ukrayna parlamentinin deputatı və Avropa Şurası Parlament Assambleyasındakı Ukrayna nümayəndə heyətinin üzvüdür.

XS
SM
MD
LG