Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:59

Haqqını sevənlərinə halal edən Kayahan vəfat etdi


Kayahan
Kayahan

-

Aprelin 3-də türk bəstəkarı və müğənnisi Kayahan Açar vəfat edib.

Xəbəri türk saytları yayıb.

O, il yarımıydı ki, ağciyər xərçəngindən müalicə olunurdu. Sənətkarı müalicə edən həkimi Gökhan Demir mətbuata deyib ki, Kayahan-ın ölümünə səbəb xəstəliyin yayğınlaşması və üstəlik də bir çox orqan çatışmazlığı olub.

Bu sənətkarın xərçənglə üçüncü mübarizəsi idi. Ona ilk dəfə 25 il öncə xərçəng diaqnozu qoyulmuşdu. Uzun müalicədən sonra Kayahan sağalsa da, 11 il sonra xəstəlik yenidən baş qaldırmışdı. Bu dəfə sənətkar dörd dəfə əməliyyata düşür, radioterapiya keçir və... Sonucda ayağa durur.

2014-cü ildə yenidən xərçəngə yaxalanan Kayahan bu il martın 23-də xəstəxanaya yerləşdirilmişdi. O, martın 25-dən reanimasiyada idi.

Bu il fevralın 14-də Nilufer-lə konsertdə Kayahan pərəstişkarlarına «Mənim haqqım sizə halaldır, siz də haqqınızı halal edin» demişdi. Onu sevənlərə həmçinin «Xəyal qurun, xəyal qurduğunuz müddətdə yaşarsınız» deyə səslənmişdi.​

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG