Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:01

ABŞ Krımda tatar mediasına təzyiqi “kəskin pisləyir”


Siyasi karikatura
Siyasi karikatura

-

Birləşmiş Ştatlar “Rusiya işğalçı hakimiyyətini” Ukraynanın anneksiya edilmiş Krım yarımadasında bir neçə tatar dilli media orqanını bağladığına görə kəskin pisləyib.

Aprelin 2-də yaydığı bəyanatda ABŞ Dövlət Departamenti aprelin 1-də həmin qurumların bağlanmasını “Krımda ifadə azadlığına axırıncı zərbə cəhdi” adlandırıb.

Departament sözçüsü Marie Harf deyib ki, bağlanan media qurumları arasında ATR TV, QHA xəbər agentliyi, Avdet qəzeti, Meydan FM radio stansiyası və digərləri var. Harf-ın sözlərinə görə, “Krım tatarlarını və Rusiya işğalına qarşı çıxan digərlərini susdurmağa yönəlik bir illik kampaniya bu addımla bitib”.

O, Krım tatarlarının təklənərək “ayrı-seçkilik, qorxudulma və təqibə” məruz qaldığını qeyd edib.

Amnesty International təşkilatı bildirib ki, Rusiyanın Roskomnadzor media qurumunun Krım tatar media orqanlarını Rusiya qanunvericiliyinə uyğun qeydiyyata almaması “administrativ prosedur adı altında ifadə azadlığına kobud hücumdur”.

XS
SM
MD
LG