Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 17:42

Alman pilot intihar barədə onlayn axtarışlar aparıbmış


Andreas Lubitz

-

Germanwings sərnişin təyyarəsini Fransada Alp dağlarında qəzaya uğratdığı bildirilən pilot internetdə intihar metodları, kabinə qapısının təhlükəsizliyi barədə axtarış aparıbmış.

Almaniyada prokurorlar aprelin 2-də bildiriblər ki, Andreas Lubitz-in Duesseldorfdakı mənzilindən tapılmış kompüterdə onun internetdə nəyi axtardığını aşkarlayıblar.

Ötən həftə təyyarənin qara qutusu öyrəniləndən sonra diqqət Lubitz-ə yönəlib. Müstəntiqlər inanırlar ki, 27 yaşlı pilot kapitanı üçün kabinənin qapısını açmayıb və təyyarəni qəsdən dağa toxundurub. Martın 24-də Barselonadan Duesseldorfa uçan təyyarədə 150 nəfər həlak olub.

Marseldə prokuror Brice Robin deyib ki, müstəntiqlər 150 DNT aşkarlayıblar. Ancaq onların qurbanların ailələrinin təqdim etdiyi DNT nümunələri ilə tutuşdurulması vaxt aparacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG