Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:21

Əş-Şəbab silahlıları Keniya universitetində azı 147 nəfəri öldürüblər


Əş-Şəbab qruplaşmasının döyüşçüləri.
Əş-Şəbab qruplaşmasının döyüşçüləri.

İslamçı əş-Şəbab qruplaşmasının silahlıları Keniya universitetlərindən birinə basqın edərək azı 147 nəfəri qətlə yetiriblər.

Bu, 1998-ci ildə ABŞ səfirliyinə bomba basqınından bəri Keniyada törədilmiş ən ağır terror hadisəsidir.

Qərargahı Somalidə olan qruplaşma Qarissa Universitetinin şəhərciyinə hücum edərək müsəlman tələbələri sərbəst buraxmış, xristianları isə girov götürmüşdü.

Keniyanın daxili işlər naziri Joseph Nkaissery bildirib ki, basqın özlərinə partladıcı bağlamış dörd silahlı şəxs tərəfindən törədilib.

Xatırladılır ki, 2013-cü ildə Nayrobidəki ticarət mərkəzinə basqın edərək 67 nəfərin həyatına son qoymuş terrorçular da da dörd nəfər olublar.

Nazir deyib ki, 15 saat sürən qarşıdurmadan sonra silahlaılar məhv ediliblər.

Əş-Şəbab təşkilatı əl-Qaedaya bağlı qruplaşmalardan biridir.

Polis bəyan edib ki, Somali ilə həmsərhəd dörd vilayətdə komendant saatı elan edilib.

XS
SM
MD
LG