Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:32

İslam Dövləti yaraqlılarının Suriya və İraqdakı mövqeləri bombalanıb


Foto arxiv
Foto arxiv

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İslam Dövləti yaraqlılarının Suriya və İraqdakı mövqelərini bombalayıb.

Birgə komandanlığın yaydığı məlumata görə, koalisiya qüvvələrinin hərbi təyyarələri aprelin 2-də yaraqlıların Suriyanın Kobani şəhəri ətrafındakı mövqelərinə zərbələr endiriblər.

İraqda isə yaraqlıların Baici, Fəllucə,Sincar və Ramadi yaxınlığındakı mövqeləri vurulub.

Tikritin isə havadan bombalanması dayandırılıb.

Buna səbəb İraqın hökumət qoşunları ilə şiə qruplarının şəhərə daxil olmasıdır.

İraqın daxili işlər naziri Muhammad al-Ghabanın sözlərinə görə hökumət qüvvələri şəhərdə kütləvi məzarlıq aşkar edib.

Onların yaraqlılar ötən ilin iyununda şəhəri zəbt etdikdən sonra öldürüldükləri güman edilir.

XS
SM
MD
LG