Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:47

İsveçrədə İranın nüvə proqramı ilə bağlı danışıqlar davam etdirilir


Foto arxiv
Foto arxiv

İsveçrənin Lausanne şəhərində İranın nüvə proqramı ilə bağlı danışıqlar davam etdirilir.

Tərəflər martın 31-dək çərçivə sazişi əldə etməli idilər, amma bütün fikir ayrılıqlarını aradan qaldırmaq üçün danışıqları aprelin 1-də davam etdirmək qərarına gəliblər.

Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların yüngülləşdirilməsi və ya ləğvindən gedir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov aprelin 1-də məsələylə bağlı ümumi razılıq əldə olunduğunu və gün ərzində bunun artıq kağız üzərində olacağını deyib.

Amma Amerikalı diplomatlar bütün məsələlərdə hələlik razılıq əldə olunmadığını deyirlər.

Böyük Britaniyanın xarici işlər naziri Philip Hammond da bildirib ki, bir sıra vacib məsələlər üzərində iş aparılmalıdır.

Əsas mübahisə İranın nüvə fəaliyyətinə hansı məhdudiyyətlərin qoyulması, nüvə ehtiyyatlarının harda saxlanması, habelə ona qarşı sanksiyaların aradan qaldırılmasının vaxtı və şərtləri üstündədri.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

XS
SM
MD
LG