Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:50

İslam Dövləti yaraqlıları Suriyada azı 30 dinc sakini qətlə yetirib


Foto arxiv
Foto arxiv

İslam Dövləti yaraqlılarının Suriyada azı 30 dinc sakini qətlə yetirdikləri xəbər verilir.

Böyük Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzinin martın 31-də verdiyi məlumata görə, yaraqlılar Hama şəhərinin təxminən 60 kilometrliyində yerləşən Mabouja kəndini ələ keçirərək dinc sakinləri qətlə yetiriblər.

Onların arasında qadın və uşaqlar da olduğu bildirilir.

Suriyanın Dövlət Televiziyası isə kəndə hücumun qarşısının alındığını bildirsə də ölənlər barədə məlumat verməyib.

Bu kənd Homs və Hələb vilayətlərini birləşdirən yolun üstündə yerləşir.

XS
SM
MD
LG