Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:17

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi qarşısında atışma olub


Milli Təhlükəsizlik Agentliyinin bir obyekti
Milli Təhlükəsizlik Agentliyinin bir obyekti

-

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin qarşısında atışmada bir polis zabiti yaralanıb.

Martın 30-da iki nəfər idarə etdikləri maşını agentliyin giriş qapısına çırpmağa çalışıb. İdarə Merilend ştatında yerləşir.

Həmin kişilər qadın kimi geyiniblər və biri təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Maşındakı ikinci kişi isə yaralanıb və xəstəxanaya aparılıb.

Polisin verdiyi məlumata görə, həmin şəxslərin maşını oğurladığı güman edilir. Onlar magistral yolda səhv dönəndən sonra agentliyin təhlükəsizlik məntəqəsinə yaxınlaşıblar.



XS
SM
MD
LG