Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:41

Moskva şəhər məhkəməsinin müstəntiqləri bildiriblər ki, müxalif siyasətçi Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən beş nəfərin işi sifarişlə qətl kimi araşdırılır.

İndiyədək müstəntiqlər qətlin sifarişli olduğunu istisna edirdilər.

Belə hesab olunurdu ki, Nemtsovun qətlində ittiham olunanlar, bu aktı siyasətçinin Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmiş “Charlie Hebdo” jurnalının müdafiəsinə qalxdığı üçün qisas olaraq törədiblər.

Boris Nemtsov fevralın 27-də Moskvanın mərkəzində qətlə yetirilib.

XS
SM
MD
LG