Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:26

BMT-nin baş katibi Ban Ki Moon Bağdada gedib


Ban Ki-moon
Ban Ki-moon

BMT-nin baş katibi Ban Ki Moon martın 30-da Bağdada gedib.

O səfər zamanı baş nazir Haidar al-Abadi və digər ölkə rəsmiləri ilə görüşəcək.

Ban Ki Moonun sözçüsü Twitter-də yazır ki, səfərdə məqsəd bu ağır məqamda İraq xalqı və hökumətinə dəstək nümayiş etdirməkdir.

Reuters agentliyinin məlumatına görə, səfərdə əsasən siyasi və təhlükəsialik məsələləri müzakirə olunacaq.

İraq ordusu hazırda ölkənin şimal və qərbində xeyli ərazini zəbt etmiş İslam Dövləti yaraqlıları ilə mübarizə aparır.

Həmçinin ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri yaraqlıların mövqelərinə havadan zərbələr endirir.

Bir neçə həftədir ki, Tikrit şəhəri uğrunda ağır döyüşlər gedir.

Ərəb Dövlətləri Liqası ötən istirahərt günləri Misirdə keçirilən sammitində Ban Ki Moon da iştirak edib.

XS
SM
MD
LG