Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:25

Pakistan Yəməndən vətəndaşlarını çıxarır


Pakistanlılar Karaçi aeroportunda

-

Pakistan müharibə gedən Yəməndən yüzlərlə vətəndaşını və diplomatik korpus əməkdaşlarını çıxarıb.

Məlumatlara görə, martın 29-da Pakistan Hava Yollarına məxsus Boeing 747 martın 29-da Yəmənin Al-Hudaydah aeroportundan qalxıb. Təyyarədə 494 pakistanlı olub.

Səudiyyə ordusu bildirib ki, evakuasiya səbəbindən Al-Hudaydah Qırmızı Dəniz limanında əməliyyatlar iki saatdan çox dayandırılıb.

İslamabad Yəməndə 3 min Pakistan vətəndaşının yaşadığını bildirir.

Pakistanın baş naziri Nawaz Sharif ölkəsinin huti şiə silahlılarına qarşı hava zərbələrinə qoşulacağı barədə məlumatları təkzib edib. Hutilər Yəmənin böyük hissəsini tutublar.

Pakistan Səudiyyə Ərəbistanının müttəfiqidir. Səudiyyə isə şiə İranını hutiləri dəstəkləməkdə ittiham edir və onlara zərbələr endirir.

XS
SM
MD
LG