Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:09

Əlil uşaqlar ümumtəhsil müəssisələrində təhsilə cəlb olunur


Təhsil Nazirliyi
Təhsil Nazirliyi

-

Əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqlar ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunacaqlar.

Bununla bağlı Təhsil naziri Mikayıl Cabbarov «İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi» layihəsinin icrası barədə əmr imzalayıb.

Məlumatı nazirlik yayıb.

Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəb layihə üzrə pilot müəssisə kimi seçilib. Pilot müəssisələrdə loqopedik xidmətin yaradılması qərara alınıb.

Layihəni BMT-nın Uşaq Fondu (UNICEF) maliyyələşdirir. ​

XS
SM
MD
LG