Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Səudiyyə Putinə “ikiüzlü” dedi


Saud al Faysal tacik həmkarı Aslov ilə
Saud al Faysal tacik həmkarı Aslov ilə

-

Səudiyyə Ərəbistanı Rusiya prezidenti Vladimir Putin-i, Moskvanın Suriyadakı vətəndaş müharibəsindəki roluna görə ikiüzlülükdə ittiham edib. Səudiyyənin Xarici işlər naziri Saud al-Faysal Misirin Şarm-Əl-Şeyx şəhərində Ərəb ölkələri Liqasının sammitində çıxış edib. Onun bəyanatından əvvəl Putin-in məktubu oxunub.

Reuters-in məlumatına görə, nazir bəyan edib ki, Putin “Yaxın Şərq ölkələrinə dəstək” bildirməməlidir. Belə ki, eyni zamanda Suriya prezidenti Bashar Asad-ı dəstəkləməklə, Rusiya regionda sabitsizliyə töhfə vermiş olur. “O, Yaxın Şərq regionunda problemlərdən danışır. Elə bil Rusiya bu problemlərin kəskinləşməsində rol oynamır,” Saud al-Faysal deyib.

Putin-in məktubunda qeyd olunur ki, Moskva ərəb xalqlarının bütün problemlərin həllində rolunu dəstəkləyir, bütün problemlərin xarici müdaxilə olmadan, sülh yoluyla həllinə tərəfdardır.

XS
SM
MD
LG