Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:34

BBC rəhbəri Clarkson-un qovulmasına görə ölüm hədələri alıb


BBC-nin baş direktoru Tony Hall.
BBC-nin baş direktoru Tony Hall.

London polisi BBC rəhbəri Tony Hall-un ölümlə təhdid edilməsi ilə bağlı məlumatı araşdırır.

BBC-nin baş direktorunu populyar Top Gear proqramının aparıcısı Jeremy Clarkson vəzifəsindən kənarlaşdırıldıqdan sonra hədələməyə başlayıblar.

“The Mail on Sunday” qəzeti xəbər verir ki, hədəli məktublar ötən çərşənbə günü elektron poçtu ilə göndərilib.

BBC rəhbərliyi Clarkson-un öz həmkarlarından birinə əl qaldırması ilə əlaqədar onunla mövcud kontraktı uzatmamaq qərarına gəlib.

XS
SM
MD
LG