Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:22

Naxçıvanın milli təhlükəsizlik nazirinə ali rütbə verilib


Arxiv fotosu
Arxiv fotosu

-

Prezident İlham Əliyev Naxçıvanın milli təhlükəsizlik naziri Vəli Ələsgərovun rütbəsinin qaldırılması ilə bağlı sərəncam imzalayıb. Fərmana əsasən Vəli Əsgərova general-leytenant ali hərbi rütbəsi verilib.

O, 2009-cu ildə general-mayor rütbəsi və “iğidliyə görə” medalı ilə təltif olunmuşdu. Vəli Əsgərov 10 ildən artıqdır bu vəzifədədir.

Bununla yanaşı son illər mətbuatda Naxçıvan MTN-də zaman-zaman baş verən işgəncələr haqda iddialar səslənib. 2011-ci ildə vətənə xəyanətdə ittiham olunan Culfa rayon sakini Turac Zeynalov MTN təcridxanasında vəfat etmişdi. Həmin vaxt ailə üzvləri onun işgəncə nəticəsində öldüyün iddia edirdilər. Qohumları Turac Zeynalovun meyidinin üzərindəki işgəncə izlərini özündə əks etdirən şəkillər və videogörüntülər də yaymışdılar. Onun ölüm səbəbinin araşdırılması ilə bağlı yaxınları məhkəməyə müraciət edib. Hazırda həmin iş Avropa İnsan Haqları Məhkəməsində kommunikasiyaya götürülüb və yaxın vaxtlarda qərar çıxarılacağı gözlənilir.

Naxçıvan MTN-i məlumat yayaraq Turac Zeynalovun işgəncə ilə öldürülməsi xəbərini təkzib etmişdi. Məlumatda bildirilirdi ki, o xərçəg xəstəliyindən vəfat edib.

XS
SM
MD
LG