Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 07:15

Rusiya xaricdəki kapitallara aminstiya verir


Dmitry Medvedev

Rusiya hökuməti Dövlət Dumasına kapitallara amnistiya nəzərdə tutan qanun layihəsi təqdim edib.

Əgər qanun layihəsi qəbul edilsə, vətəndaşlar 2015-ci il dekabrın 31-dək xaricdə olan əmlak və kapitallarını könüllü açıqlaya bilərlər.

Baş nazir Dimitry Medvedev bildirib ki, vətəndaşlardan xaricdə olan kapitalların ölkəyə gətirilməsi tələb olunmur, söhbət onların açıqlanması və həmin məbləğdən vergi tutulmasından gedir.

Prezident Vladimir Putin ötən il dekabrın 4-də Federal məclisdə xaricdəki kapitallara amnistiya verilməsini təklif etmişdi.

XS
SM
MD
LG