Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:08

Adı 3 jurnalistlə bağlı olaylarda hallanan general təltif edildi


A.Çovdarovun adı «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin işində də hallanırdı.
A.Çovdarovun adı «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin işində də hallanırdı.

-

Martın 27-də prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb.

General-mayorlar Vəli Ələsgərova, Elçin Əliyevə və Fərhad Vahabova general-leytenant,
polkovnik Vüqar Allahquliyevə isə general-mayor rütbəsi verilib.

Prezident daha bir sərəncamıyla bir qrup MTN əməkdaşını təltif edib.

III dərəcəli «Vətənə xidmətə görə» ordeni verilənlər arasında general-mayor Akif Çovdarov da var. O, 2005-ci ildə «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətli ilə bağlı adı hallanan şəxsdir. Keçmiş siyasi məhbus Eynulla Fətullayev də A.Çovdarovun MTN istintaq təcridxanasında ona baş çəkdiyini və onu vaxtilə Elmar Hüseynova etdikləriylə hədələdiyini bildirmişdi. MTN bu ittihamları böhtan adlandırmışdı.

A.Çovdarovun adı «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin işində də hallanırdı. Zeytun Bağındakı ərazi şəxsi ev tikintisi üçün qanunsuz ələ keçirilərkən, bu olayın fotoşəklini çəkən jurnalisti məhz Çovdarov döymüşdü.

XS
SM
MD
LG