Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:28

Polis pilotun evində axtarış aparıb


Andreas Lubitz
Andreas Lubitz

-

Almaniya polisi 150 nəfərin ölümüylə nəticələnmiş təyyarə qəzasını qəsdən törətdiyi bildirilən pilotun evində axtarış aparıb.

Fransa prokurorluğu məlumat yayıb ki, pilot Andreas Lubitz kabinənin qapısını bağlayıb və qəsdən eniş edib və təyyarə Alp dağlarına çırpılıb. Germanwings təyyarəsi martın 24-də qəzaya uğrayıb.

Fransa və Almaniya rəsmilərinin sözlərinə görə, Lubitz-in terrorçu olmasını əsaslandıracaq dəlil yoxdur, ancaq hərəkətlərinə başqa izah da tapılmır.

Doğma şəhəri olan Montabaurda onu mehriban gənc kimi xarakterizə ediblər. Facebook səhifəsindəki fotoda isə gülümsəyən gənc San Fransiskoda Qızıl Darvaza körpüsünün önündə dayanıb. Sonradan bu foto götürülüb.

Prokurorların qəzanı ikinci pilotun törətməsinə dair açıqlamasından sonra bir neçə hava şirkəti qaydalarını dəyişib. Dəyişikliyə görə, kabinədə həmişə ikinci bir şəxs – ekipaj üzvü olmalıdır. Birləşmiş Ştatlarda bu, məcburidir, Avropada isə deyil.

XS
SM
MD
LG