Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:21

ABŞ: Tikritə hücuma daha şiə yaraqlılar başçılıq etmirlər


ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Lloyd Austin.

ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Lloyd Austin deyib ki, İraqda Tikrit şəhərinin İslam Dövlətindən geri alınması əməliyyatında şiə yaraqlılar artıq aparıcı qüvvə deyillər.

General bildirib ki, İran tərəfindən dəstəklənən şiə hərbi birləşmələrinin hücumdan geri çəkilməsi ABŞ-ın rəhbərliyi ilə hava zərbələrinin endirilməsi üçün şərt idi.

Hazırda İraq hökumət qoşunları Tikrit üzərinə hücumu davam etdirirlər.

General Austin ABŞ Senatının Silahlı Xidmətlər Komitəsinə hesabat verib ki, Tikritin “təmizlənməsi əməliyyatında” 4000-dək İraq əsgəri iştirak edir.

O deyib ki, hücum əməliyyatının səngiməsi quru qoşunlarının hökumət tərəfindən lazımınca əlaqələndirilməməsi ucbatından baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG