Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 17:18

Cavad xanın kötücəsinin toyu olub


Cavad xanın rəsmi

Avstraliyada Gəncənin son hökmdarı Cavad xanın kötücəsinin toyu olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Trend”ə verilən məlumata görə, Novruz bayramında Cavad xanın nəslindən olan Kazım Cavadxanlının qızı Yasəmən Cavadxanlı Yunus Serinelllə evlənib.

Tədbirdə Avstraliyadakı Azərbaycan və Türk diasporunun nümayəndələri iştirak edib.

Gəncə xanlığının çar Rusiyası tərəfindən işğalından sonra Cavad xanın nəslinin sağ qalmış nümayəndələri Təbrizə köçüblər.

Cavad xanın kötücəsi olan Kazım Cavadxanlı 1947-ci ildə Təbrizdə doğulub. 1976-82-ci illərdə Belçikada neyrocərrahiyyə üzrə təhsil alıb. 1982-ci ildən Malayziyaya köçüb, Malaziya Milli Universitetin tibb fakültəsində neyrocərrahiyyə üzrə mühazirələr oxuyub, bu ölkədə ilk neyrocərrahiyyə əməliyyatını aparıb.

O, hazırda Malayziyanın Penanq ştatında neyrocərrahiyyə sahəsində mütəxəssis kimi fəaliyyətini davam etdirir.

Kazım Cavadxanlının iki oğlu və bir qızı var. Övladlarından ikisi – qızı və bir oğlu Avstraliyada yaşayır.​

Gəncənin son hökmdarı olan Cavad xan 1804-cü ilin yanvarında Rusiyanın bölgədə olan qüvvələri ilə döyüşdə bir neçə oğlu ilə birlikdə həlak olub.

XS
SM
MD
LG