Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 16:46

Zirzəmi həyatı köçkünün sağlamlığını əlindən alıb


Arxiv fotosu

-

AzadlıqRadiosunun “Qaynar xətt”inə müraciət edən Zeynəb Ələsgərova deyir, əzab-əziyyətlə tikib ərsəyə gətirdiyi evində indi rahat yaşaya bilmir. Səbəb divarlarda çatların əmələ gəlməsi və evdə yaşamağın təhlükəli olmasıdır.

Söhbət Sabunçu rayonu, Suraxanı qəsəbəsi, Talıblı küçəsi 11 ünvandakı evdən gedir.

“Əvvəlcə divarlarda nazik çatlar əmələ gəlmişdi. Amma vaxt keçdikcə çatlar daha da genişləndi. İş o yerə çatıb ki, yuxarı mərtəbədəki əşyalarımı yığışdırıb evin zirzəmisinə köçmüşəm”.

"ƏRAZİDƏKİ BÜTÜN EVLƏR BU VƏZİYYƏTDƏDİR"

Ev sahibəsinin sözlərinə görə, evinin çat verməsinə səbəb yaxınlıqdakı gölün qurudulmasıdır:

“Bu problem tək məndə deyil, qonşularımın da evləri qəzalı vəziyyətə düşüb”.

Kəlbəcərdən məcburi köçkün olan şikayətçinin indi getməyə yeri yoxdur. Evinin qəzalı olması barədə dəfələrlə müvafiq orqanlara müraciət etsə də hələ ki, çarə qılan olmayıb.

Zeynəb Ələsgərova bütün qışı zirzəmidə keçirib və deməsinə görə, ciyərləri, böyrəkləri sıradan çıxıb, ayaqları tutulub.

Suraxanı bələdiyyəsi deyir, büdcədən maliyyələşmədiklərinə də fondlarında vəsait olmadığına görə sakinə kömək etmək imkanları yoxdur.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən isə məcburi köçkünlərin şəxsi evlərinin təmiri köməklik etmədiklərini bildiriblər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG