-
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev martın 26-27-də İzmirdə «Böyük iyirmilik» (G20) sammitinə hazırlıq görüşündə iştirak edəcək.
Xəbəri «Turan» yayıb.
G20 sammiti noyabrda Antalya şəhərində keçiriləcək. Sammitə hazırlıq çərçivəsində hökumət və dövlət nümayəndələri səviyyəsində müzakirələr aparılır.
İzmir görüşündə Azərbaycan nümayəndə heyətində İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika nazirlikləri və Baş Prokurorluğun nümayəndələri təmsil olunacaqlar.
Toplantıda G20 gündəliyi üzrə qlobal iqtisadiyyat, maliyyə tənzimlənməsi, vergi, məşğulluq, ticarət, antikorrupsiya, inkişaf və enerji məsələləri müzakirə ediləcək.