Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:27

Tacikistanda hicab fahişələr üçün müdafiə qalxanıdır


Rafoat
Rafoat

-

Tacikistanın bir çox küçə fahişəsinə bənzəyən Rafoat-ın müdafiəyə ehtiyacı var. O, qısa yubkasını aşağı dartıb üz-gözünü bəzəyir və hicabını geyinir.

Fahişəliyə başladığı 5 ildən sonra 24 yaşlı Düşənbə sakini Rafoat hicab geyinib: «Özümü daimi təhqirlərdən və hücumlardan xilas etmək üçün hicab geyinməyə məcbur idim».

O deyir ki, işi təhlükəli xarakter alıb. Rafoat müştərilərini Düşənbənin mərkəzindəki xiyabanda gözləyir. Danışır ki, kişilər qısa ətək geyinən fahişələrin yanında maşınlarını saxlayıb onları təhqir edirlər.

Zərif kosmetika, hicab və yüngül ayaqqabı Rafoat-ı nisbətən mühafizə edir. O deyir ki, hicab polisdən də yayınmağa kömək edir.

Tacikistanda fahişəlik nalayiq hərəkət sayılır, cəriməsi 150 dollardır, ancaq polis fahişələrin canını boğaza yığıb.

HİCAB POLİSƏ MANE OLUR

Daxili İşlər Nazirliyinin adının çəkilməsini istəməyən yüksəkvəzifəli rəsmisi AzadlıqRadiosunun tacik xidmətinə deyir ki, reydlər zamanı hicab polisə seks işçilərini müəyyənləşdirməyə mane olur. Onun sözlərincə, hicab geyinən fahişələrin sayı artır. Mənbə deyir ki, polis seks xidməti təklif edilən yer kimi tanınan ərazini təmizləyəndə hicab geyinmiş fahişələr ya kimisə, ya da taksi gözlədiklərini deyirlər.

Martin 10-da Daxili İşlər Nazirliyinin rəsmisi dövlət televiziyasında verilişlərin birində deyib ki, polis Düşənbədə reyd zamanı 10-na yaxın hicablı seks işçisi saxlayıb.

Rafoat deyir ki, reyd zamanı polis ondan da şübhələnib.

PREZİDENT HİCABIN ƏLEYHİNƏDİR

Reydən bir neçə gün əvvəl prezident Emomali Rahmon tacik qadınların geyiminin xarici təsirlərə məruz qalmasından narahatçılığını bildirib.

«Hicab geyinməklə kor-koranə xarici mədəniyyəti təqlid etmək heç də qadınlar üçün yüksək mənəviyyat və etik standartlar göstəricisi demək deyil», - prezident deyib.

Prezident və digər tacik rəsmilər hicabı tez-tez tənqid edirlər, deyirlər ki, tacik qadını adət-ənənəyə uyğun geyinməlidir. Məktəblərdə, universitetlərdə, dövlət institutlarında hicab geyinmək qadağandır.

Ancaq hicabı heç də parıltı üçün geyinməyənlər də var.

HƏCC ZİYARƏTİNDƏN SONRA MÜĞƏNNİ KARYERASINA SON VERİB

Keçmiş populyar pop-müğənni Malika Saidoa 2009-cu ildə həcc ziyarətindən sonra karyerasına son verib və hicab geyinib. Bu yaxınlarda TV-də verilişlərin birində ona sual verilib ki, seks xidməti göstərənlərin hicab geyimlərini onun mağazasından almaları iddiası düzdürmü?

Malika Saidoa yerli mediaya deyib ki, verilişdən sonra onun mağazasını yoxlayıblar, ancaq yanlış bir şey tapmayıblar. «Müştərinin alnında yazılmayıb ki, o, fahişədir»- o bildirib.

Hakimiyyət seks xidmətçilərinin artması ilə bağlı həyəcan siqnalı çalırlar. Müşahidəçilər isə ölkədə işsizliyin və yoxsulluğun artdığının buna səbəb olduğunu deyirlər.

HİCABIN FAHİŞƏLİYƏ MANEƏSİ

Daxili İşlər Nazirliyi deyir ki, 2014-cü ildə 400 seks işçisi, 275 qeyri-qanuni fahişəxana aşkarlayıb. Bu, əvvəlki illə müqayisədə çoxdur.

Polisin reydləri zamanı saxlananlar arasında insan alveri qurbanları, güclə fahişəliyə cəlb edilənlər və azyaşlıların da olduğu aşkara çıxıb.

Seks biznesinin polislə əlaqəli olduğu bildirilir. O da deyilir ki, bəzi rəsmilər pul qarşılığında bu biznesi müdafiə edirlər. Rafoat danışır ki, polis onu bir neçə dəfə saxlayıb, amma polis arasındakı dostu sayəsində hər dəfə də azadlığa çıxıb.

O, əlavə edir ki, polislə əməkdaşlıqdan çox hicab geyinmək fahişələri güclü profil altında gizlədir.

Ancaq hicab altında müştəri tutmaq da elə asan deyil. Rafoat deyir ki, bir kişi onun yanında maşın saxlayıb minməyini istəyəndə o, cəld tərpənib bəlli etməlidir ki, potensial müştəri arayandır, ya sonuncu avtobusu qaçıran və ya hansısa səbəbdən yolda qalan bir müsəlmana kömək etmək istəyən bir xeyirxah axtaran…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG