-
Prezident Barack Obama deyir ki, Əfqanıstandan əsgərlərin çıxarılmasını yavaşıdacaq və ilin sonunadək indiki 9800 əsgəri saxlayacaq. Obama martın 24-də Ağ Evdə Əfqanıstan prezidenti Ashraf Ghani ilə görüşdən sonra bu bəyanatı verib.
Öncə Vaşinqton 2015-ci ilin sonunadək 5500 əsgəri azaltmağı planlaşdırırdı. Obama sözlərinə əlavə edib ki, gələn ilin sonunda Əfqanıstanda qalacaq ABŞ əsgərlərinin sayı bu ilin axırınadək müəyyənləşəcək.
Prezidentin sözlərinə görə, məqsəd 2016-cı ilin sonunadək Kabildə səfirliyin təhlükəsizliyinin ABŞ əsgərləri tərəfindən təmin olunmasıdır.
Ghani Obama-ya belə bir arzusunu çatdırıb ki, Əfqanıstandan ABŞ əsgərlərinin çıxarılması yavaşısın, belə ki, Kabilin təhlükəsizlik qüvvələri Taliban və Al-Qaeda yaraqlılarına qarşı vuruşmaqdadır.