Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:32

Rusiya CNN kanalına yayın lisenziyası verib


Amerikanın CNN telekanalı ona Rusiya ərazisində yayın icazəsi verən universal lisenziya alıb.

Bir ay bundan əvvəl “Roskomnadzor” kanalın lisenziyasını təzələmişdi.

10 il müddətinə verilmiş lisenziya telekanalın peyk və kabel yayınçıları ilə müqavilələr bağlamasına imkan yaradır.

Bundan əvvəl CNN Rusiyada yayınlarını “NTV plyus” peyk operatorunun lisenziyası çərçivəsində həyata keçirirdi. Lakin 2014-cü ildə Rusiya qanunvericiliyindəki dəyişikliklə əlaqədar CNN yayınlarını dayandırdığını elan etmişdi.

CNN Rusiyada çətinliklərlə keçirdiyi zarafat müsabiqədən sonra üzləşmişdi.

Kanalın jurnalistlərin arasında keçirdiyi “Ən eybəcər abidə” müsabiqəsində ikinci yeri Brest qalasının müdafiəçilərinə ucaldılmış “Mərdlik” kompleksi tutmuşdu.

Bundan sonra Rusiyanın Xarici İşlər Nazirliyi bəyanat yaymış və kanalın fəaliyyətinin dayandırılmasını tövsiyə etmişdi.

CNN 1983-cü ildən Rusiyada öz nümayəndəliyinə malikdir.

XS
SM
MD
LG