Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 12:28

ATƏT Donbasda hərbi əməliyyatların artdığını bildirir


Donetsk və Luqansk regionları

-

ATƏT-in Ukraynanın cənub-şərqindəki xüsusi monitorinq missiyası Şirokino kəndi ərazisində separatçılarla hərbçilər arasında hərbi əməliyyatların fəallaşdığını bildirir. Dinc sakinlər arasında ölənlər, dağıntılar var.

ATƏT bildirir ki, hər iki tərəf Minsk sazişinin atəşkəs və ağır texnikanın çıxarılmasına dair müddəalarını pozur.

Ukrayna Donetsk vilayətində Avdeyevka şəhərinin separatçılar tərəfindən atəşə tutulduğunu bildirir. Şəhər demək olar ki, hər saat artilleriya, minaatıcı və tank atəşinə məruz qalıb. Avdeyevka yaxınlığında hərbçilər separatçıların hücumunu dəf ediblər.

Özünü Donetsk Xalq Respublikası adlandıran qurumun təmsilçisi isə bazar ertəsi bildirib ki, Ukrayna hərbçilər Donetskin şimal-qərb hissəsini atəşə tutublar.

ABŞ isə bazar ertəsi Rusiyanı və onun dəstəklədiyi separatçıları Minsk sazişini pozmaqda ittiham edib. Dövlət Departamentinin mətbuat katibi Mary Harf bildirib ki, separatçılar bölücü zonaların sərhədləri xaricində əməliyyatlar aparır.

XS
SM
MD
LG