-
Əfqanıstan rəsmisi bildirir ki, martın 24-də silahlılar Vardak vilayətində yoldan keçənlərə atəş açıb, 13 nəfər öldürülüb.
Silahlılar 3 maşına atəş açıblar. Ölənlər cənuba gedən avtobusun sərnişinləri olub. Silahlılar adamları bir-bir güllələyiblər. 2 nəfər də yaralanıb.
Bu vilayət əsasən Talibanın nəzarətindədir.
Hücum prezident Ashraf Ghani-nin ABŞ-a səfəri ilə eyni vaxta təsadüf edir. Ötən ilin sonunda ABŞ və NATO əsgərlərinin çoxu Əfqanıstandan çıxıb.
Ghani Birləşmiş Ştatlardan “çeviklik” istəyib. ABŞ 2016-cı ilin sonunadək qalan 9800 əsgərini də çıxarmağı planlaşdırır.
Martın 24-də Ghani ilə Prezident Barack Obama-nın bu məsələni müzakirə edəcəyi gözlənir.
ABŞ Dövlət katibi John Kerry isə Əfqanıstanın yeni liderləri ilə danışıqları “məhsuldar” adlandırıb.