Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 04:56

Tunisin Bardo muzeyi yenidən açılır


Tunislə həmrəylik nişanı

-

Martın 24-də Tunisin Bardo muzeyi yenidən ictimaiyyətin üzünə açılacaq. Bir həftə öncə silahlıların muzeyə hücumu nəticəsində çoxu turistlər olmaqla 22 nəfər öldürülüb.

Muzey rəsmilərinin sözlərinə görə, muzeyin işə düşməsi silahlıların “məqsədlərinə çatmamaqlarına dair bir mesajdır”.

Muzeydə mərasim və yürüş gözlənir.

Hökumət hücumun turizm sənayesinə təsirindən narahatdır. Martın 18-də baş vermiş hücuma görə İslam Dövləti (İD) ekstremist qrupu məsuliyyəti üzərinə götürüb.

Baş nazir Habib Essid Tunis və muzey ərazisinə baxan polis rəsmilərini dəyişib. Səbəb təhlükəsizlik sahəsində üzə çıxan “bir neçə nöqsanlar” olub.

Tunisdə 2011-ci ildə Zine El Abidine Ben Ali devrilib. Bundan sonra ölkədə polis və orduya dəfələrlə hücumlar təşkil olunub.

XS
SM
MD
LG