Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:36

Anasını qəddarlıqla öldürən oğul ona verilən cəzadan narazıdır


Foto arxiv
Foto arxiv

Bakı Apellyasiya Məhkəməsində anasını amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Mürsəl Dünyamalıyevin şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və ilk baxış iclası aprelin 2-nə təyin edilib.

Mürsəl Dünyamalıyev 2013-cü il dekabrın 18-də anası Cəmilə Dünyamalıyevanı 102 bıçaq zərbəsi ilə qətlə yetirib.

Sonra isə könüllü Xətai Rayon Polisinə təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 13 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG