Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyul, şənbə, Bakı vaxtı 22:25

Dağlara 18- 35 sm qar yağdı


Arxiv foto

-

Bayram günlərində Azərbaycanın bəzi bölgələrinə qar yağıb. Ən qalın qar örtüyü Qubanın dağlıq ərazilərində qeydə alınıb. Həmin ərazilərdə qar örtüyünün hündürlüyü 21-35 sm-ə çatıb. Daşkəsən və Gədəbəydə 18 sm, Göygöldə 11 sm, Qəbələdə-Altıağacda 10 sm-ə kimi qar düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya belə deyib. Onun sözlərinə görə, ölkənin əksər ərazilərində - Bakı və Abşeron yarımadasında, Lənkəran-Astara, Gəncə-Qazax və digər yerlərdə isə yağış yağıb. Bakı və Abşeron yarımadasında düşən yağıntının miqdarı normadan bir qədər yuxarı olub.

XS
SM
MD
LG