-
Respublikaçı senator Ted Cruz martın 23-də tvitterdə yazıb ki, prezidentliyə namizədliyini verəcək. Cruz mühafizəkar Çay Partiyası hərəkatının favoritidir və bu addım da çoxdan gözlənirdi.
44 yaşlı Cruz 2016-cı il prezident seçkisi üçün namizədliyini verən ilk tanınmış namizəddir.
Növbəti həftələr ərzində onlarla siyasətçinin bu posta namizədliyini irəli sürəcəyi gözlənir.
Cruz martın 23-də səhər Virciniyada Azadlıq Universitetində çıxışı zamanı namizədliyindən danışacaq.
Bir müddət əvvəl yaydığı videoda Cruz deyib ki, “cəsarətli mühafizəkarların yeni nəsli Amerikanı yenidən güclü edəcək”.