Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:42

Köçkünü maraqlandıran sual


Arxiv fotosu
Arxiv fotosu

-

"Bir köçkün kimi bilmək istəyirik ki, Laçın Rayon İcra Hakimiyyəti yanında yaradılmış xeyriyyə fonduna yığılan pullar hara gedir?”

Bu sualı "Qaynar xətt"ə müraciət edən Laçın köçkünü Zabil Mayılov verir. O, rayon icra hakimiyyəti (RİH) başçısından fonda toplanan pulların hansı məsrəflərə xərclənməsi ilə bağlı hesabat verməsini tələb edir.

"Bax, mənim atam II qrup Qarabağ əlilidir. 7 nəfər ailə üzvümüz var. İki ildir ki, hərbi xidmətdən qayıtmışam. Nə mənə, nə də atama iş verilmir. Heç fəhləlik işi də yoxdur. Ancaq və ancaq başçının öz qohum-əqrəbalarındakı adamlara iş var. Başçı vəzifəyə də qohum-əqrəbasını yığır, küçə süpürməyə, tikintidə fəhləliyədə qohum-əqrəbasındakıları yerləşdirir. 23 ildir ki, Ağcabədidə Laçın qərargahının Şeylanlı obasında qamışdan hörülmüş daxmada yaşayırıq. Əgər buna yaşamaq demək mümkündürsə... Yay-qış içməyə su tapmırıq. Suyu pulla alırıq. Çörək pulumuzu da suya veririk. Atamın aldığı pensiyası heç dərmanına çatmır. Yaxşı, bəs bu xeyriyyə fondu belə məsələlərdən ötrü yaradılmayıbmı? Nə vaxt bununla bağlı icra hakimiyyətinə müraciət ediriksə, deyirlər, nə pul, nə yardım, gedin işinizlə məşğul olun. Mən də icra başçısından soruşuram: bəs bu fond niyə yaradılıb? Ora pullar haradan yığılır və hara gedir? Deyirlər ki, kasıbsan, bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi var, get ora müraciət elə, ünvanlı sosial yardım al”.

BAŞÇIYA MƏKTUB YAZIB...

Laçınlı köçkün deyir ki, bu sualların araşdırılması üçün baş prokurora da teleqram ünvanlayıb, ölkə başçısına da məktub yazıb.

"İcra hakimiyyətinin xeyriyyə fonduna toplanan vəsaitlərdən necə, hansı məqsədlər üçün istifadə olunur” sualına cavab tapmaq üçün gün ərzində Laçın RİH-in hüquqşünası Füzuli Tanrıverdiyevlə və RİH ümumi şöbəsinin müdiri Eldəniz Qasımovla əlaqə saxlamağa cəhd göstərsək də bu cəhdlər boşa çıxdı.

F.Tanrıverdiyevin telefonu gün ərzində qapadılmışdı, E.Qasımov isə zənglərə cavab vermədi. Hər ikisinin mobil telefonuna mesaj yazdıq. Bir saatdan sonra yenidən bir neçə dəfə zəng vurduq. Yenə cavab gəlmədi. Hər halda məsələyə icra hakimiyyətinin də münasibətini öyrənməyə çalışacağıq.

XS
SM
MD
LG