Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:39

Ocalan kürdləri Türkiyədə silahlı mübarizəni dayandırmağa çağırıb


İstanbulda Novruz mitinqi
İstanbulda Novruz mitinqi

Həbsxanada olan kürd lideri Abdullah Ocalan kürd qiyamçıları Türkiyəyə qarşı silahlı mübarizəni dayandırmaq üçün qurultay çağırmağa dəvət edib.

Onun bu müraciəti Novruz bayramı münasibətilə Diyarbakırda keçirilən böyük mitinqdə oxunub.

Ocalanın PKK partiyası 30 ildir ki, Türkiyə dövlətinə qarşı silahlı mübarizə aparır.

Bu döyüşlərdə əksəriyyəti kürd olmaqla indiyədək 40 min nəfər həlak olub.

Türkiyə rəsmiləri bildiriblər ki, kürd məsələsinin həlli Türkiyədən başqa Suriya, İraq və İran kimi ölkələrin mövqeyindən asılıdır.

Müşahidəçilər xəbər verirlər ki, bu il keçirilən Novruz mitinqində Xalq Müdafiə Birliyinin çox sayda bayrağı olub.

Onların fikrincə, bu, kürdlərin Türkiyədə mübarizəni dayndırandan sonra onu Suriyada davam etdirəcəklərinə işarə sayıla bilər.

Ocalan 1999-cu ildə ömürlük həbs cəzasına məhkum edilib.

XS
SM
MD
LG