Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:59

AXCP fəalı adından saxta istefa bəyanatı yayıblar


AXCP
AXCP

-

AXCP Saatlı rayon şöbəsinin fəalı Fərzalı İmanlının «facebook» profili oğurlanıb və orada onun adından partiyadan istefa verdiyi haqda açıqlama yerləşdirilib.

Bu haqda «Azadlıq» qəzetinə Fərzalı İmanlı özü deyib:

«AXCP-dən istefa verdiyim haqda xəbər yalandır. «Facebook» profilimi oğurlayıblar, idarə etmək üçün özüm daxil ola bilmirəm. Profildən mənim adımdan guya istefa verdiyimi yazıblar. Bunu mən yazmamışam. Mən AXCP üzvü olaraq qalıram. Profilimi qaytarmağa çalışacağam».

15 mart mitinqi öncəsi də AXCP fəallarından bir neçəsinin, eləcə də Milli Şura sədri Cəmil Həsənlinin «facebook» profili oğurlanmış və orda aksiya ilə bağlı yanlış məlumatlar verilmişdi. ​

XS
SM
MD
LG