Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:34

Neftin uculaşmasından ABŞ sürücüləri qazanır. Bəs, uduzan kimdir?


Arxiv fotosu
Arxiv fotosu

Neftin qiymətinin düşməsi dünya bazarında vəziyyəti gərginləşdirib. Amma bu vəziyyətdən uduzanlar qədər udanlar da var.

Neftin ucuzlaşması ABŞ sürücüləri üçün bir şansdırsa, Rusiya və İran kimi neft istehsal edən ölkələrə baş ağrısıdır.

ABŞ GÜNDƏLİK NEFT EHİYATINI 2 FAİZ ARTIRIB

Ötən ildən dünya bazarında neftin qiyməti azı 60% azalıb. Bu ilin əvvəlində elə gönürdü ki, uzuclaşma bitdi. Və neft qiyməti azı sabit qalacaq və ya əvvəlki kimi olmasa da qismən yenidən artacaq. Amma bütün bunların əksinə olaraq bu həftə neft yenidən uzulaşmağa başladı.

Son günlər ABŞ-da Qərbi Texas ştatında çıxan xam neftin qiyməti son 6 ildə ən aşağı həddə - bir barreli 43 dollara qədər düşüb. Dünya bazarında brent markalı neftin bir barreli hardasa 50 dollar civarındadır.

Bəs, neftin bu qədər ucuzlaşmasının arxasında nə durur?

Bloomberg yazır ki, ABŞ-da neft ehtiyatları ötən həftə daha 2 faiz artaraq həftəlik 9.6 millyon barrelə çatıb. İndi bu göstərici 458 milyon barreldir. Gündəlik istehsalı təxminən 9.5 milyon barrelə çatıdırıb.

İRAN, RUSİYA KİMİ NEFT İSTEHSALÇISI OLAN ÖLKƏLƏR UDUZUR

Yüksək texnologiyalardan istifadə etməklə gündəlik azı 9 milyon barrel neft istehsalı ilə ABŞ dünyanın ən böyük neft isrehsalçısı olan ölkələr sırasına daxil olur.

Aşağı qiymət kiçik neft istehsal edən ölkələri təhlükəyə atır. Çünki belə hesab edilir ki, neftin ucuzlaşmasının əsas səbəbi tələbdən çox təklif, başqa sözlə neft istehsalının həddindən artıq çox olmasıdır.

GƏLƏCƏKDƏ VƏZİYYƏT NECƏ OLACAQ?

Neftin qiymətini proqnozlaşdırmaq elə də sadə məsələ deyil. OPEC-ə üzv, eləcə də aparıcı neft istehsalçıları olan Səudiyyə Ərəbistanı, Venesuela, Körfəz ölkələrin liderləri bildirirlər ki, ABŞ-da neft istehsalının azalması qiymətləri yenidən bərpa edə bilər.

Belkə bu baş verdi, bəlkə də yox. Amma zaman bazara öz təsirini göstərir və göstərəcək.

Neftin qiymətinin qalxacağına çox az adam inanır, bəzi ekspertlər hətta deyirlər ki, neftin qiymətində daha bir eniş olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG