Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:00

TQDK beynəlxalq SAT imtahanları təşkil edir


Arxiv fotosu
Arxiv fotosu

Tələbə Qəbul Dövlət Komissiyası (TQDK) şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) beynəlxalq test imtahanı keçirir. SAT imtahanı bu il mayın 2-də olacaq.

TQDK-in rəsmi saytında martın 19-da verilən məlumata görə, imtahan mayın 2-də saat 08.30-da qurumun inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir.

TQDK bidirir ki, imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı davam edir və son müraciət vaxtı aprel ayının 7-si saat 09:00-da bitəcək.

SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir. Azərbaycan artıq ikinci ildir ki, belə bir imtahanı təşkil edir.​ İmktahana qeydiyyat uchun bu kechidden istifade etmek olar: http://sat.collegeboard.org/register/sat-international-dates

XS
SM
MD
LG