Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyul, şənbə, Bakı vaxtı 18:42

Azərbaycanda torpaq bazarı haqqında qanuna dəyişiklik edilir


İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev “Torpaq bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, “Torpaq bazarı haqqında” qanunun 8-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə “torpağın ayrılması” sözlərindən sonra “habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi” sözləri əlavə edilib.

Müvafiq orqanlara sərəncamdan irəli gələn məsələlərin yerinə yetirilməsi tapşırılıb.

XS
SM
MD
LG