Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:51

Litvada məcburi hərbi xidmət bərpa edilir


Foto arxiv
Foto arxiv

Litva seymi fevralın 18-də orduya çağırışın bərpa edilməsi ilə bağlı qanun layihəsi qəbul edib.

Müdafiə naziri Juozas Olekas parlamentdə çıxış edərkən bildirib ki, dəyişiklik geosiyasi vəziyyətin dəyişməsi ilə bağlıdır, ilk növbədə də Ukraynadakı hadisələrlə.

Seymdəki bütün fraksiyalar qanun layihəsini dəstəkləyib.

Litvada məcburi hərbi xidmət 5 il qüvvədə olacaq.

Çağırış 19-26 yaş arasında olan kişilərə aiddir və xidmət müddəti 9 ay olacaq.

Orduya çağırış bu ilin sentyabrından başlayacaq.

Litvada məcburi hərbi xidmət 2008-ci ildə ləğv edilmişdi.

XS
SM
MD
LG